Papadan Ukrayna ilə bağlı ilginc açıqlama

Vatikan Ukraynadakı münaqişə çərçivəsində sülhməramlı missiyanın işində iştirak edir, lakin bu barədə hələlik məlumat açıqlanmır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Papa Fransisk deyib.

“Mən nə lazımdırsa, etməyə hazıram. İndi missiya prosesdədir, lakin hələ ictimaiyyətə açıqlanmır. Bu, ictimailəşəndə ​​mən bu barədə məlumat verəcəyəm”, – o bildirib.