Papa Pasxanı qeyd etməyəcək – Səbəb

roma papasi
Roma Papası Fransisk Vatikanda Pasxa bayramlarını keçirə bilməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vatikan Nyus” məlumat yayıb.

Bildirilib ki, səbəb onun səhhətidir:

“Papanı kardinallar əvəz edəcək”.

Qeyd edək ki, Roma Papası ağır sətəlcəm diaqnozu ilə 38 gün xəstəxanada müalicə aldıqdan sonra martın 23-də evə buraxılmışdı. O, hadisədən sonra yalnız bir dəfə, aprelin 6-da Müqəddəs Pyotr meydanında keçirilən tədbir zamanı izdihamı qısaca salamlamışdı.

Əliyar Xəlil
Globalinfo.az