Ukrayna üçün pis xəbər: Bu ölkələr görüşdən imtina etdi

londonFransa, Böyük Britaniya, Almaniya və ABŞ dövlət katibinin xarici işlər nazirləri Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı  Londonda keçiriləcək görüşü təxirə salıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Bildirilib ki, bunun əvəzində, rəsmilər arasında danışıqlar aparılacaq.

“Nyu York Tayms” nəşrinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio Ukrayna üzrə danışıqların növbəti raundu üçün Londona getməkdən imtina edib:

“Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi ilə bağlıdır”.

Qeyd edək ki, aprelin 17-də Parisdə keçirilən görüşdə ABŞ nümayəndə heyəti Ukrayna tərəfinə münaqişənin həlli ilə bağlı təklifləri özündə əks etdirən məxfi sənəd təqdim edib.

Gözlənilirdi ki, London danışıqlarından sonra tərəflərin mövqeləri üst-üstə düşərsə, təkliflər Moskvaya göndəriləcək.

Günay Rəsulqızı
Globalinfo.az