P662LBRC65PJDD3CZ6NHGCNKQE

Pakistanın Bəlucistan bölgəsində silahlıların sərnişin qatarına hücumu zamanı ölənlərin sayı 31 nəfərə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, ölənlərdən 23 nəfər əsgər, 3 nəfər heyət üzvü və 5 nəfər də sərnişindir.

Ordunun sözçüsü Əhməd Şərif Çaudrinin məlumatına görə, əsgərlər üsyançılardan 33-nü öldürüb, 354 girovu xilas edib və mühasirəni sona çatdırıblar.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: