4019441 1098316827

Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Cilani İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 2023-cü il oktyabrın 9-10-da Azərbaycanın Suşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.

XİN başçısı Nazirlər Şurasında çıxış edəcək və tədbir çərçivəsində üzv dövlətlərin nazirləri, o cümlədən digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Paylaş: