“Ozon təbəqəsi 40 ildən sonra bərpa olunacaq” – BMT ekspertləri

Yer kürəsinin ozon təbəqəsi 2066-cı ildə Antarktidada, 2045-ci ildə Arktikada və 2040-cı ildə dünyanın qalan hissəsində ozon dəliklərinin olmadığı 1980-ci il dəyərlərinə qayıda bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) ekspertləri təşkilatının proqramının hesabatında deyilir.

“Mövcud siyasətlər davam edərsə, ozon təbəqəsinin Antarktikada təxminən 2066, Arktikada 2045 və dünyanın qalan hissəsində 2040-cı ilə qədər (ozon dəliyi görünməzdən əvvəl) 1980-ci ildəki dəyərlərə qayıdacağı gözlənilir”, – bəyanatda deyilir.

Qeyd olunur ki, qlobal istiləşmənin məhdudlaşdırılmasına yönəlmiş geomühəndislik layihələri atmosferə hissəciklərin buraxılması nəticəsində ozon təbəqəsinin ciddi şəkildə pozulmasına gətirib çıxaracaq.

Daha əvvəl bildirilmişdi ki, kanadalı alimlər Yer atmosferində Antarktidadan yeddi dəfə böyük olan ozon dəliyi aşkar ediblər.