Özəl Ərdoğana 3 min manat ödəyəcək – Səbəb

erdogan teshekkur

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğana 75 min tl (təxminən 3 350 manat) məbləğində təzminat ödəyəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın məlumat yayıb.

O, Özəlin 3 il əvvəl çıxışlarının birində səsləndirdiyi fikirlərə görə təzminat ödəyəcəyini söyləyib:

“CHP sədri 2022-ci il aprelin 26-da Çağlayan məhkəməsinin önündə prezidentimizin ölkədə mühakimə hüququnu pozduğunu deyib və onu bir sıra məsələlərdə ittiham edib. Buna görə məhkəmə Özəlin barəsində Rəcəb Tayyib Ərdoğana 75 min tl mənəvi təzminat ödəməsi üçün qərar çıxarıb”.

Ayşən Mustafa
Globalinfo.az