Oyunda huşunu itirən futbolçu xəstəxanada öldü

Panama millisinin sabiq futbolçusu Luis Tejada veteranların oyunu zamanı huşunu itirib və xəstəxanaya aparılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Sabiq hücumçunun həyatını xilas etmək mümkün olmayıb, 41 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Luis Tejada 2001-2018-ci illərdə Panama millisində oynayıb. O, 108 oyunda 42 qol vurub.