Avropanın ən şanssız futbolçusu açıqlandı

Almaniya millisinin və “Borussiya Dortmund” klubunun 33 yaşlı futbolçusu Marko Roys Avropanın ən şanssız futbolçusu hesab olunur.

Globalinfo.az bildirir ki, o, son 10 ildə keçirilən mundialların cəmi birində iştirak edib.

Belə ki, M.Roys 2012, 2016-cı ildə keçirilən Avropa çempionatlarından, eləcə də 2014-cü il Dünya Çempionatından zədə səbəbindən kənarda qalıb.

Futbolçu 2020-ci il Avropa Çempionatı və 2022-ci il Dünya Çempionatı üçün Almaniya yığmasının nəzərdə tutulan heyətinə isə daxil edilməyib.

O, yalnız 2018-ci il DÇ-də iştirak edə bilib.

Zaira Akifqızı, Globalinfo.az