ABŞ Prezidenti Donald Tramp Kanadanın yeni Baş naziri Mark Karni ilə ilk görüşünü keçirib.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, görüş Oval kabinetdə gülümsəmələr və əl sıxma ilə başlasa da, qısa zamanda suallar və gərginliklə davam edib. Jurnalistlərin də iştirak etdiyi görüş zamanı Tramp bir daha Kanadanın ABŞ-ın 51-ci ştatı olması istəyini dilə gətirib.
“Bu mövzuya toxunmayacağıq – əlbəttə, kimsə istəməsə. Amma bu, əslində gözəl bir “evlilik” ola bilər.”
Baş nazir Karni isə qəti mövqe sərgiləyib:
“Kanada satılmır və heç vaxt satılmayacaq,” – deyə Trampa cavab verib.
Tramp isə gülümsəyərək “Heç vaxt demə, heç vaxt demə” sözləri ilə reaksiya verib.
Aysel Əliyeva
Globalinfo.az