Xəbər verdiyimiz kimi, 8 fevral günorta saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə (“Gizir hazırlığı kursu”na) gedirmiş.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq.

Onun 11 və 13 yaşlarında iki övladı qalıb.

Sözügedən şəxsin fotosunu təqdim edirik:

4532

Paylaş: