viktor orban 1

“Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasını gözləyəcək ki, anti-Rusiya sanksiyalarının uzadılıb-uzadılmamasına qərar versin”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentliyin məqaləsində qeyd olunur ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları hər altı aydan bir uzatmalıdır:

“Növbəti tarix Trampın andiçməsindən 11 gün sonraya təsadüf edir. İndiyə qədər rutin prosedur olub, amma uzatma üçün 27 ölkənin hamısının dəstəyi lazımdır. Bu da Orbana imkan verir ki, veto qoysun”.

Qeyd edək ki, Aİ bundan öncə Rusiyaya qarşı 15-ci sanksiyalar paketini qəbul edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: