Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada bir yeni yoluxma faktı qeydə alınıb, üç nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 596 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Ölkədə son sutka ərzində 243, hazırkı dövrədək isə 7 635 924 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 966 319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 006, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 270, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 260 nəfər təşkil edir.