“Son vaxtlar təkcə Polşada deyil, Litvada da odunun qiyməti xeyli artıb. Buna baxmayaraq, polşalılar Belarusdan odun almaq istəmirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ümumiyyətlə, polşalılar məni təəccübləndirir”, – deyə prezident bildirib.
O əlavə edib ki, qənaət etməkdən imtina edən Polşa şirkətləri prinsipial mövqe nümayiş etdirirlər.
Mövcud vəziyyətdə Belarus ixracatçıları məhsullarını alternativ bazarlara yönəldəcəklər.
“Uyğun qiymətə odun, yanacaq qranulları və digər məhsulları alın. Dirəşirlər. Almaq istəmirlərsə, almasınlar”, – Lukaşenko vurğulayıb.
Qeyd edək ki, Lukaşenko daha əvvəl Belarusda evlərin və müəssisələrin qızdırılması üçün yanacaq qranullarının optimal seçim olduğunu bildirmişdi. Onun fikrincə, qranullar əsas yanacaq növü kimi istifadə edilməli, qaz və digər enerji mənbələri isə ehtiyat variantı olaraq saxlanılmalıdır.
Günay Rəsulqızı
Globalinfo.az