1775136734 whatsapp image 2026 04 02 at 17.30.30

İkinci Türkiyə gəmisinin də Hörmüz boğazından keçidinə icazə verilib. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Əbdulqədir Uraloğlu açıqlayıb.

Nazirin sözlərinə görə, müharibənin əvvəlində 15 türk gəmisi boğazdan keçməkdə maneə ilə üzləşib və gözləməyə başlayıb. Bu gəmilərdəndən ikisinin keçidinə icazə verilib.

Məlumata görə, yerdə qalan 13 gəmidən ikisi enerji daşıyıcısı, ikisi isə ticarət gəmisidir. Bu dörd gəminin də keçidi gözlənilir, lakin qalan 9 gəminin geri çəkilməsi üçün Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılır.

Qeyd edək ki, İran müharibə səbəbilə Hörmüz boğazında gəmilərin hərəkətinə maneə yaradıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: