Ombudsman 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək

Azərbaycanda Ombudsman 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər edilir.

Dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.