66dda8d5d9e1066dda8d5d9e11172580270966dda8d5d9e0e66dda8d5d9e0f

Sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Turan Lətifov və 3 sərnişini xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş: