Niyazi Bayramov vətəndaşlarla görüş keçirdi – FOTOLAR

GRS

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İ.Nəsimi adına 44 nömrəli bağça-məktəb-lisey kompleksində sakinlərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Vətəndaşların müraciətləri arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.

Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

9T9A1112
9T9A1126
9T9A1186
9T9A1166
9T9A1163
9T9A1161
9T9A1138
9T9A1135
9T9A1131
9T9A1128