
17:39
Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Elçin Əsgərov təyin edilib. Yeni rəisin bu gün təqdimatı olub.
Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
***
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nazirin digər əmrləri ilə Gəncə Regional Mühafizə İdarəsinin rəisi polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi polkovnik Əfqan Hüseynov isə Mingəçevir Regional Mühafizə İdarəsinə rəis təyin edilib.
Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.