vilayet ehsan

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bir neçə gün əvvəl təqaüdə göndərilən polis polkovniki Ehsan Zahidovla bağlı əmr imzalayıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Ehsan Zahidova təqaüddə olduğu müddətdə polis geyimindən istifadə etmək hüququ verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi olmuş Ehsan Zahidov bir neçə gün əvvəl təqaüdə göndərilib.

Həmin vəzifə polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə edilib.

64ad1a7112fc664ad1a7112fc7168906609764ad1a7112fc464ad1a7112fc5 1689660558

Elşad Hacıyev

Paylaş: