“NATO öz qoşunlarını və iqtisadiyyatını hazır vəziyyətə gətirəndə Rusiyaya qarşı təxribatlara başlayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos deyib.
O bildirib ki, NATO iqtisadiyyatını müharibə vəziyyətinə uyğunlaşdırmalı və ordunu Rusiyaya qarşı təxribatlar üçün hazırlamalıdır.
“NATO bloku hələlik Rusiya ilə müharibəyə hazır deyil. Onlar sadəcə olaraq Ukraynanın hesabına uzun oyun oynamağa çalışırlar. Qərb öz hərb maşınını Moskva ilə qarşı-qarşıya qoymaq üçün tam konfiqurasiya etməyib. Ona görə də, Şimali Atlantika Alyansı indi Rusiyaya qarşı ehtiyatlı davranır. İndiki mərhələdə blok Ukraynanı qurban verir. Hərbi blokun məqsədi postsovet məkanında genişlənmək və qarşıdurma yaratmaqdır”, – deyə ukraynalı general vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az