Narazılıq artır: İsraillə bağlı kritik qərar verilə bilər

Avropa İttifaqında (Aİ) İsrailə silah tədarükünün dayandırılması ilə bağlı fikir ayrılıqları kəskinləşib.

Globalinfo.az xəbər verir ki, bunu Luksemburqda ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edən Aİ Xarici Siyasət Xidmətinin rəhbəri Cozef Borel deyib.

O bildirib ki, bəzi ölkələr Təl-Əvivə silah dəstəyinin artırılmasının tərəfdarıdırlar:

“Bu məsələ ilə bağlı ciddi fikir ayrılığı var. Bəziləri tədarükün artırılmasını dəstəkləyirlər. Bunu müzakirə edəcəyik, amma qərar qəbul olunacağına inanmıram”.

Borel İsrailə səslənərək BMT-nin Baş katibi Antonio Quttereşə qarşı addımlara son qoyulmasını tələb edib.

“BMT-nin baş katibini ittiham etməyi dayandırın. Təşkilatın missiyasının Livanda qalıb-qalmamağına o yox, Təhlükəsizlik Şurası qərar verir”, – Aİ rəsmisi bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu bundan öncə BMT sülhməramlılarının Livan-İsrail sərhədindən çıxarılmasını tələb etmişdi.

Fransa isə Aİ-də İsrailə silah tədarükünün dayandırılması məsələsini gündəmə gətirən ilk ölkə olub. Təl-Əviv Fransa Prezidenti Emmanuel Makronun hərəkətini biabırçılıq adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az