“İsrailin qarşısının alınmaması bütün dünya ölkələri üçün təhdidə çevrilir”.
Globalinfo.az xəbər verir ki, bunu Livan xarici işlər naziri Abdulla Bu-Həbib BMT Təhlükəsizlik Şurasının təcili çağırılmış iclasında çıxışı zamanı deyib.
Nazir İsrailin peycer əməliyyatının gələcək üçün təhlükəli olduğunu deyib:
“İsrail Livandan 2000-ci ildə qaçdı və indi keçmişin səhvlərini təkrarlayır. Əgər ÇAXAL-ın kiberhücumunu terror aktı kimi qınamasa, dünyada heç kim özünü təhlükəsizlikdə hiss etməyəcək. Bunu etməklə İsrail Pandorranın qutusunu açdı. İndi ekstremist qruplar analoji formada fəaliyyət göstərib, bütün mülki infrastrukturlara – məişət texnikasından mülki təyyarələrə qədər hücum edəcəklər. Heç kim gələcəkdə yüksək texnologiyaların terror hücumu üçün istifadəsinə mane ola bilməyəcək”.
Əliyar Xəlil
Globalinfo.az