“Mərkəzi Seçki Komissiyası illərdir ən ağır işlərin öhdəsindən gəlir. Böyük işlər görür. Bu qurumun statusunu düşünməliyik”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
“Bütün seçkiləri keçirirlər, xarici ölkələrdə olan seçkilərə müşahidəçi qismində gedirlər. Dövlətin ən ağır, ciddi siyasi funksiyasını həyata keçirirlər. Mərkəzi Seçki Komissiyası sədrdən əlavə müavinlərə və katiblərə də diplomatik pasport verilməlidir. Bu, niyə indiyə qədər nəzərə alınmayıb? Kiçik imtiyazlar belə nəzərdə tutulmayıb. MSK ilə bağlı nə ev, nə də digər məsələlər gündəmə gətirilir”, – F.Mustafa qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az