Mbappe: “Hakimiyyəti ələ keçirməyə çox yaxındırlar”

Məşhur fransız futbolçu Kilian Mbappe ölkəsində 30 iyun və 7 iyul tarixlərində keçiriləcək növbədənkənar ümumi seçkilərlə bağlı “ifrat sağçılara səs verməyin” çağırışı edib.

Globalinfo.az xəbər verir ki, Kilian bu barədə matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib.

Mbappe “ekstremist və separatçı ideyalar”a qarşı olduğunu deyib. O, fransız gəncləri “kritik an” kimi qiymətləndirdiyi seçkilərdə səs verməyə çağırıb.

“Bu gün hamımız görürük ki, ekstremistlər hakimiyyəti ələ keçirməyə çox yaxındırlar və bizim ölkəmizin gələcəyini seçmək imkanımız var. İfrat sağçılara səs verməyin”, – deyə Mbappe bildirib.

Əliyar Xəlil
Globalinfo.az