peter

Avropa Birliyinin (AB) Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Feysbuk hesabında yazıb.

“AB-nin Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram”, – səfir qeyd edib.

Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa Birliyinə gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib.

Paylaş: