misir cumhurbaskani sisi birkac gun icinde gazzede ateskes icin umitliyiz 1709144677 2093

“Bir neçə günə Qəzzada atəşkəsin əldə olunacağına ümid edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib.

Paytaxt Qahirədə keçirilən tədbirdə çıxış edən Sisi atəşkəsin əldə olunmasından sonra Qəzza zolağındakı insanlara  real yardımın göstəriləcəyini vurğulayıb.

Qəzzaya yardımın bəzilərinin düşündüyü qədər asan olmadığına diqqət çəkən Misir Prezidenti  hər şeyə rəğmən dəstəyin həyata keçirildiyini diqqətə çatdırıb.

“Biz, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaranana qədər dəstəyimizi davam etdirəcəyik”, – Sisi bildirib.

Əliyar Xəlil
Globalinfo.az

 

Paylaş: