İsraili 46 illik sazişi pozmaqla hədələdilər – “Hücum etsəniz…”

İsrailin müdafiə naziri Yoav Qallantın ordunun növbəti hədəfinin Qəzza ilə Misir sərhədində yerləşən Rəfah şəhəri olduğunu açıqlaması haqda məlumatlar bölgədə vəziyyəti daha da gərginləşdirib.

Globalinfo.az xəbər verir ki, “Associated Press” Misir rəsmilərinin bu məsələyə sərt reaksiya verdiyini yazır.

Nəşr bildirir ki, Misir İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhədə – Rəfah şəhərinə göndəriləcəyi təqdirdə, bu ölkə ilə əldə edilən Kemp-Devid razılaşmasını (1978) dayandıracaq.

Sözügedən hədəyə Təl-Əvivin reaksiyası bəlli deyil.

Qeyd edək ki, Kemp-Devid müqaviləsi Misir prezidenti Ənvər Sadat ilə İsrail prezidenti Menaxem Begin arasında, 12 gün davam edən gizli danışıqların ardından 17 sentyabr 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir. Bu müqavilə ilə ilk dəfə bir ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmişdi.

Əliyar Xəlil
Globalinfo.az