Mirzoyan Brüsselə gedir: Borellə nəyi müzakirə edəcək?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 12-13 fevral tarixlərində Brüsselə səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, nazirin Avropa İttifaqı – Ermənistan  Tərəfdaşlıq Şurasının 5-ci sessiyasında iştirak edəcəyi açıqlanıb.

A.Mirzoyanın səfər çərçivəsində Belçikanın xarici işlər naziri və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə də görüşəcəyi bildirilir.

İclasda Avropa İttifaqının Ali Nümayəndəsi Josef Borelin də iştirak edəcəyi qeyd olunur.

Əliyar Xəlil
Globalinfo.az