Minik və yük avtomobilləri toqquşdu – Xəsarət alan var

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını yük avtomobili ilə toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.