Avtomobili iki “Bakubus” avtobusunu əzdi – FOTO

Bu gün Zığ qəsəbəsi yaxınlığında “Bakubus” avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Hyundai SantaFE” markalı avtomobil dayanacaqdan çıxan avtobuslara çırpılıb.

Nəticədə 44 və 175 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslara xeyli ziyan dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır.