
Gecə saatlarında “Kia Sorento” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb.
Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
“Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb”, məlumatda bildirilib.
XX X
Mingəçevirin Aran qəsəbəsində ağır qəza baş verib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, “Kia Sorento” markalı avtomobil qatarla toqquşub.
Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.
Kişilərdən birinin vəziyyətinin çox ağır olduğu bildirilir.