Namiq Məna oğlunun səhhətindən danışdı – VİDEO

“Oğlum bir neçə gün əvvəl burnundan əməliyyat olunub”.

Globalinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında meyxanaçı Namiq Məna bildirib.

O qeyd edib ki, artıq oğlu xəstəxanadan evə buraxılıb:

“Burnunda kiçik bir problem var idi, əməliyyat keçirib. Paylaşımında “Növbəti açılan yara, həyat davam etmək istəyir” sözlərini oğlum bədii təsvir kimi verib. Hər şey qaydasındadır. Oğlum artıq evdədir”.

***11:14

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəxanaya yerləşdirilib. 

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Məna xəstəxana otağından video yayımlayaraq “Növbəti açılan yara, həyat davam etmək istəyir” qısa şərhini yazıb.

O, daha sonra yazılan şərhlərə “İnşallah, hər şey yaxşı olacaq. Haqqınızı halal edin” cavabını verib.

Qeyd edək ki, N.Məna bir müddət əvvəl oğlunun beynində xoşxassəli şiş aşkarlandığını demişdi.