saif ali khan 301759642 16x9 1

54 yaşlı məşhur “Bollywood” ulduzu Saif Əli Xan ötən gecə evində bıçaqlanıb. 

Globalinfo.az xəbər verir ki, aktyorun Mumbaydakı evində gecə saatlarında oğurluq cəhdi olub.

Nəticədə Xan bıçaq xəsarətləri alıb. Təxminən gecə saat 03:30 radələrində evinin yaxınlığındakı Lilavati xəstəxanasına çatdırılıb. Məlumata görə, üç bıçaq yarasından biri onurğaya yaxındır. Həkimlər aktyorun əməliyyatının uğurla keçdiyini və hazırda vəziyyətinin yaxşı olduğunu bildirirlər.

Hadisə zamanı Xanın həyat yoldaşı Karina Kapur Xan evdə olmayıb, lakin cütlüyün iki övladı atasının yanında olub. Eyni zamanda həmin vaxt evdə olan xidmətçinin də xəsarət aldığı açıqlanıb.

Cinayət əməlini törədən şəxsin axtarışları davam edir.

Qeyd edək ki, Saif Əli Xan ölkənin ən məşhur aktyorlarından hesab edilir. O, keçmiş kriket oyunçusu Mansur Əli Xan Pataudi və aktrisa Şarmila Taqorun oğludur. Xanın həyat yoldaşı isə məşhur aktyor Rac Kapurun nəvəsi və tanınmış aktrisadır.

kareena kapoor and saif ali khan 1737008594280 1737008606805 this is a saif ali khan appreciation post v0 24qxtd0jdolb1

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: