Məşhur futbolçunun maşını oğurlandı

Fransanın “Marsel” klubunun futbolçusu Dimitri Payenin avtomobili oğurlanıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Marsel şəhərində baş verib.

Yarımmüdafiəçi icarəyə götürdüyü avtomobili Marsel küçələrinin birində park edib. Ancaq sonradan maşını yerində tapa bilməyib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.