sdd

Türkiyəli keçmiş hakim və məşhur şərhçi Ahmet Çakar və “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Onlar bir qədər əvvəl başladılan futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində nəzarətə alınıblar.

Qeyd edək ki, saxlanılanlar arasında “Adana Demirspor”un sabiq prezidenti Murat Sancak, Qalatasaray“ın gənc futbolçusu Metehan Baltacı da var.

Paylaş: