Ötən il Azərbaycanda doğulan bir körpəyə tanınmış futbolçunun adı verilib.
Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, 2025-ci ildə 1 uşağa Ronaldo adı verilib.
Əvvəlki illərdə də bir neçə körpəyə məşhur futbolçuların – Zidan, Messi, Neymar və digərlərinin adı qoyulub.
Qeyd edək ki, 41 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.