ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ərinə qarşı olunan sui-qəsd cəhdinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Melaniya Tramp öz “X” hesabında yazıb.
Keçmiş birinci xanım ABŞ-lıları zorakılığı alovlandıran düşüncələrdən vaz keçməyə çağırıb.
“Ərimi qeyri-insani bir siyasi maşın kimi görən canavar”, – deyə o yazıb.
O, paylaşımında Trampı mühafizə edənlərlə bağlı minnətdarlığını bildirən sözlər də qeyd edib.
