Meksikanın paytaxtı Mexikoda 6,5 bal gücündə zəlzələ olub. Hadisə zamanı 12 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Meksika paytaxtının meri Klara Bruqada “X” sosial şəbəkəsində məlumat yayıb.
Zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.