Roma Papası Fransisk fevralın 14-dən bəri ilk dəfə olaraq xeyir-dua vermək üçün ictimaiyyət qarşısına çıxacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
“Papa bazar günü ictimaiyyət qarşısında çıxış edəcək. O, pnevmoniyadan müalicə aldığı Romadakı “Gemelli” xəstəxanasındakı otağın pəncərəsindən toplaşanları salamlamağı planlaşdırır. Duanın mətni ekranda yayımlanacaq”, – deyə bildirilib.
Qeyd edək ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.
Əliyar Xəlil
Globalinfo.az