
Dekabrın 25-də Rusiyanın Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü təşkil ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.
“Dekabrın 25-də MDB ölkələrinin liderləri arasında qeyri-rəsmi görüş keçiriləcək. Prezidentimiz Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyinin yekunlarını ümumiləşdirəcək.
Və bundan sonra liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyət qura, aktual beynəlxalq problemlər, MDB çərçivəsində əməkdaşlıq məsələləri və digər inteqrasiya birliklərində fikir mübadiləsi apara biləcəklər”, – Uşakov qeyd edib.
Uşakov deyib ki, Putin dekabrın 26-da Ermənistanın baş naziri Paşinyanın sədrliyi ilə Ali Avrasiya Şurasının iclasında iştirak edəcək.