masin qeza 1

Qazax rayonunda quldurluq hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 9-da rayonun Xanlıqlar kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Vaqif oğlu Rüstəmov ərizə ilə polisə müraciət edərək həmkəndlisi, 1997-ci il təvəllüdlü Tahir Mahir oğlu Mustafayevin ona hücum etdiyini bildirib.

Həmin şəxs M.Rüstəmovu döyərək “VAZ 2104” markalı, 99 TM 982 dövlət qeydiyyat nişanlı avtomobilini zorla alıb və sürərək gedib. Daha sonra Tahir idarə etdiyi avtomobillə qəza törədərək maşına ziyan vurub.

Müraciətlə bağlı araşdırmalara başlanılıb və məlum olub ki, Tahir Mustafayev barəsində daha əvvəl də cinayət işi olub.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: