Maşının yanacaq çəni partladı: yaralanan var

Qaynaq işləri aparan zaman yanıq xəsarətləri alan Goranboy sakini 1994-cü il təvəllüdlü Bayramov Etimad Mahmud oğlu Bakıya aparılır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Tatarlı kəndində yük maşınının yanacaq çəninin partlaması zamanı ağır yanıq xəsarətləri alan E. Bayramov paytaxtda yerləşən yanıq mərkəzinə yola salınıb.

***

Goranboyda bədbəxt hadisə baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Etimad Mahmud oğlu Bayramov özünə məxsus olan avtomobilin yanacaq çənində qaynaq işləri aparan zaman partlayış olub.

Ağır yanıq xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.