Makron dəstəklədi: Ukrayna Aİ üçün hərəkətə keçir

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında onu əmin edib ki, Fransa Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat verib.

“Fransa prezidenti Emmanuel Makron bazar günü Vladimir Zelenskiyə Fransanın Ukraynanın Aİ-yə qəbulunun başlanmasına dəstəyini təsdiqləyib”, – nəşr yazır.