Maduro artıq düşmən deyil: ABŞ-la danışıqlar başladı

ABŞ-ı açıq-aşkar düşmən elan edən Venesuela Prezidenti Nikolas Maduro Vaşinqtonla ikitərəfli əlaqələrin bərpası ilə bağlı danışıqların yenilənməsinə razılıq verib.

Globalinfo.az xəbər verir ki, bunu Maduro dövlət televiziyasında çıxışı zamanı deyib.

“Mən ABŞ hökumətinin birbaşa dialoqu yeniləmək təklifini qəbul etmişəm. Biz danışıqlar aparacağıq ki, yeni müqavilə imzalayaq və əvvəl imzalanmış razılıqların icrasına nail olaq” – deyə o bildirib.

Qeyd edək ki, Venesuela ilə ABŞ arasında münasibətlər 2019-cu ildən dayanıb. ABŞ əvəzində Venesuelanın lideri kimi Xuan Quaydonu tanıyıb.

Əliyar Xəlil
Globalinfo.az