Macarıstanlı nazirdən Avropa İttifaqına sərt mesaj

Avropa İttifaqına yeni liderlər lazımdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.

O, Aİ rəhbərliyini siyasi şantajda ittiham edib:

“Onlar bütün əsas layihələri iflasa uğratdıqları üçün istefaya getməlidirlər. İndi Avropa Birliyinin yaşıl keçid, sabitlik siyasəti, miqrasiya, sanksiyalar və müharibə siyasəti kimi seçdikləri böyük layihələri olan liderləri var. Bunların hamısı uğursuzluğa düçar oldu”,- deyə Orban deyib.

Zaira Akifqızı
Globalinfo.az