Macarıstan AÇIQLADI: “Ukraynadakı münaqişəyə bu yolla son qoymaq olar”

Macarıstan Ukraynadakı münaqişəyə son qoymağın yolunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Kiyevə silah verməkdən imtina edilməsinin münaqişəyə son qoyacağını bəyan edib.

O, bu barədə Avstriyanın “Exxpress” portalına müsahibəsində deyib. Macar nazirin sözlərinə görə, qarşıdurma uzandıqca daha çox silah ötürülür və qurbanların sayı artır.

Siyarto qeyd edib Ukraynanın suverenliyini və bütövlüyünü qorumaq yalnız danışıqlar yolu ilə mümkündür.

Əliyar Xəlil,

Globalinfo.az