qar daglar

Lənkəran şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın cənub bürosundan bildirilib.

Məlumata görə, ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.

Ötən gecədən bu saata kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda rayon ərazisində qarın yağması davam edir.

65a380c46ce5f65a380c46ce60170521414865a380c46ce5b65a380c46ce5d 65a380c461a1365a380c461a14170521414865a380c461a1165a380c461a12

Paylaş: