Lavrovdan açıqlama: Bu yerinə yetiriləndə taxıl müqaviləsinə qayıdacağıq

“Rusiya BMT memorandumunun bütün bəndləri yerinə yetiriləndə dərhal taxıl müqaviləsinə qayıdacaq. BMT Baş katibi Antonio Quterreşin yeni təkliflərində vədlər vardı, lakin buna təminat yoxdur”.

Globalinfo.az xəbər verir ki,  bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

Lavrov bildirib ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə növbəti görüş barədə də danışıb:

“Bir neçə telefon danışıqları, üzbəüz görüşlər olub və yaxın gələcəkdə tərəfdaşlığımızın bütün sahələrinin nəzərdən keçiriləcəyi daha bir qeyri-rəsmi sammitin təşkili planlaşdırılır”.