Lavrov sülh müqaviləsi ilə bağlı sualı belə cavablandırdı

Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Sergey Lavrov Ria Novostiyə müsahibəsində “Rusiyan Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi”, sualına cavabında bildirib.

O, həmçinin qeyd edib ki, bu sualı danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: “Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər”.